2
Yorum
1
Beğeni
5,0
Puan
927
Okunma
Mən Təbrizəm,
Səsi kəsilmiş şəhərəm
susuram qardaş,
fars əsiriyəm.
Mən türklərin boynuna salınmış
edam kəndiriyəm
Mən təkəm, mən yalqızam
Mən cənub torpağıyam.
Bu torpaq üçün axıdılan qanam
mən Azərbaycanam
baxıram kiçik qardaşıma həsrətlə
yaşayır o, sevinclə
unudub deyəsən məni
axı O, kef içində
insanları da xoşbəxt sanki yox
dərdləri
pul düşkünləri olublar
Vətənsiz Vətən sevənləri
axı unudarmı qardaş-qardaşı ?
Hanı bozqurdum ? hanı Cin sarayını
basan Kürşadım ?
Bax şimal qardaşım, kiçik qardaşım mən tək
qalmışam
farslaşıram istəmirəm
Ərdəbilim qan içində
Marağam qəfəsdə
Urmiyam qurudulur
Azərbaycanım Son nəfəsdə
MÜƏLLİF: ANAR İSGƏNDƏRLİ
TARİX: 12/09/2014
5.0
100% (3)