6
Yorum
14
Beğeni
5,0
Puan
2554
Okunma

Hərdən...
Hərdən yağış olub göydən yağaram
Hərdən şimşək olub yerə çaxaram
Hərdən də lal olub sənə baxaram
Yazılan taledi məndə nə günah
Hərdən meh olaram yanaqlarında
Hərdən şeh olaram dodaqlarında
Hərdən də gül olub ovuclarında
Yazılan taledi məndə nə günah
Hərdən coşuram mən dənizlər kimi
Hərdən də susuram kənizlər kimi
Hərdəndə yanıram bəxtsizlər kimi
Yazılan taledi məndə nə günah
Hərdən bahar olub qışı anıram
Hərdən bir eşq olub qəlbə axıram
Hərdən də sevgiyə həsrət qalıram
Yazılan taledi məndə nə günah
Hərdən gün olub şəfəq saçıram
Hərdən ulduz olub göyə çıxıram
Hərdəndə sahilə Dəniz oluram
Yazılan taledi məndə nə günah
.Xəyalə Dəniz
5.0
100% (13)