13
Yorum
14
Beğeni
5,0
Puan
1463
Okunma
Qəlbini aynası olmaq istərəm
Gecələr ulduza baxdığın zaman
Göylərdə ulduzun olmaq istərəm
Günüzlər günəşə baxdığın zaman
Səmada günəşin olmaq istərəm
Tez tez sevgidən qaçdığın zaman
Mən sənə xoşbəxtlik vermək istərəm
Yalanlar üstünə gəldiyi zaman
Həqiqətli dünyan olmaq istərəm
Alın yazısından qorxdun zaman
Bəxtinə yazılan olmaq istərəm
Küləkdən tufandan hürkdüyün zaman
Rəbbimdən mən sənə kömək istərəm
Əlidə qələmin susduğu zaman
Düşüncə xəyalın olmaq istərəm
Tənhalıq qəlbini boğduğu zaman
Yanında Şahzadən olmaq istərəm
Güzgüdə özünü gördüyün zaman
Qəlbini aynası olmaq istərəm
Həyatdan əlini üzüyün zaman
Mən sənin sevincin olmaq istərəm
Sözlərin qurtardı dediyin zaman
Dilində bir nəğmə olmaq istərəm
Dənizin seyrinə çıxdığın zaman
Mən sənin Dənizin olmaq istərəm
Xəyalə Dəniz...
5.0
100% (12)