6
Yorum
12
Beğeni
5,0
Puan
1105
Okunma
Kölgəmə
Baxıram kölgəmə donub qalıram
Elə bil izləyir məni durmadan
Suallar içində mən qovruluram
Cavab tapmayanda lal kar oluram
Yatanda duranda gəzəndə belə
Çıxırsan qarşıma ay kölgəm mənim
Dostlarım sevdiyim çıxıb getsədə
Ayrılmaz hissəmsən ay kölgəm mənim
Ağlasam yaşımı görəndə sənsən
Dərdimi dinləyən biləndə sənsən
Yazdığım yazıda əksimdə sənsən
Duyuram səsini nəfəsimdə mən
Kölgələr qəlbimi yarıya böldü
Kölgələr gözümdə diləyə döndü
Mən qaçmaq istədim o mənə güldü
Gülüşü ömrümdə xoş günə döndü
Sağımda solumda kölgəm dayanıb
Dənizin yolunu kölgələr alıb
Kölgədə saf qəlbin aynası olub
Kölgədə mənim tək kölgəli olub
.Xəyalə Dəniz
5.0
100% (11)