14
Yorum
12
Beğeni
5,0
Puan
2078
Okunma

Baxıram hər kəsə
Kiminə vermisən dərdü -sər əlbbət
Kiminə vermisən bal-ilə şərbət
Kiminə vermisən gözəl imarət
Kiminə vermisən acı bir həsrət
Baxıram hər kəsə ürəyi acı
Bu həyat olmadı bizə baş tacı
Görürəm birinin ürəyi kövrək
Görürəm birisi tapmayır çörək
Görürəm birsi olub gül çiçək
Görürəm birisi fitnəli mələk
Baxıram hər kəsə ürəyi acı
Bu həyat olmadı bizə baş tacı
Buludlar topalaşır göydən od axır
Şimşək şaqqıldayır ildırım çaxır
Günəş şəfəqləri işıq nur saçır
Səmadan yerlərə mələklər baxır
Baxıram hər kəsə ürəyi acı
Bu həyat olmadı bizə baş tacı
Dözürəm dünyanın zülümlərinə
Dözürəm dünyanın min bir feylinə
Dözürəm zamanın ətalətinə
Dözürəm Dənizə deyən sözlərə
Baxıram hər kəsə ürəyi acı
Bu həyat olmadı bizə baş tacı
Xeyale Deniz
5.0
100% (15)