15
Yorum
16
Beğeni
5,0
Puan
1951
Okunma

Bilmirəm mən sənin nəyin olmuşam?(Azerbaycanca)
Gözlərim yollara dikilib qalıb
Ürək olmayacaq xəyala dalıb
Bu fikir saçıma dən belə salıb
Bilmirəm mən sənin nəyin olmuşam
Ümmanlar içində ümman olmuşam
Suallar içində sual olmuşam
Deyəsən mən sənə kölgə olmuşam
Bilmirəm mən sənin nəyin olmuşam
İzləmək istədim yolunu sənin
Yoluma dolaşıb sarmaşıq mənim
Bir gün gələcəkdir ayrılıq deyim
Bilmirəm mən sənin nəyin olmuşam
Yar dedim can dedim bəyənmədin sən
Təriflər yağdırdım istəmədin sən
Sən söylə nə edim çarəsizəm mən
Bilmirəm mən sənin nəyin olmuşam
Desəm ki acılar qadınıyam mən
Sirrini vermirsən mənə deyəsən
Hərdəndə özümə deyirəm ki mən
Bilmirəm mən sənin nəyin olmuşam
Yazılsa taleyim bir dastan olar
Dağlarda hay salar başına uçar
Qışda açmayan gül belə açar
Bilmirəm mən sənin nəyin olmuşam
Xəyalə Dəniz
Bilmiyorum ben senin neyin olmuşam?(Türkce)
Gözlerim yollara dikilip kalıp
Kalp olmayacak hayale dalıp
Bu fikir saçıma den bile salıb
Bilmiyorum ben senin neyin olmuşam?
Ummanlar içinde ümman olmuşam
Sorular içinde soru olmuşam
Sanırım ben sana gölge olmuşam
Bilmiyorum ben senin neyin olmuşam?
İzlemek istedim yolunu senin
Yoluma dolaşıp sarmaşık benim
Bir gün gelecektir ayrılık deyim
Bilmiyorum ben senin neyin olmuşam?
Yar dedim can dedim beyenmedin sen
Tarifler yağdırdım istemedin sen
Sen söyle ne yapayım çaresizim ben
Bilmiyorum ben senin neyin olmuşam?
Desem ki acılar kadınıyım ben
Sırrını vermiyorsun bana galiba
Herdende kendime diyorum ki ben
Bilmiyorum ben senin neyin olmuşam?
Yazılırsa kaderim bir destan olur
Dağlarda hay düşürür başına uçar
Kışın açmayan gül bile açar
Bilmiyorum ben senin neyin olmuşam?
Hayale Deniz
5.0
100% (24)