0
Yorum
0
Beğeni
0,0
Puan
883
Okunma
Ustadım,
həyat məktəbində aldığım müəllimsiz dərslər mənə çox şey verdi;
kimsə öyrətmədi,amma öyrəndim,
hə,yaxına baxıb uzaqları görməkmiş əsas məsələ...
Ustadım,
bir soru sorum:
-Ağlımız yaşamımız üçün yetərlimi? Bəlkə bildiklərimizə nəsə əlavə edək?
Axı,həyat “dəqiq plan” üzrə getmir-burada düzxətt boyunca hərəkət yox...
Biz sanki bir dairə içindəyik-ayağımızın yerinə bəzən başımız düşür
və çox vaxt “pak,təmiz vicdanımız” irəliləməyimizə mane olur;
əstəğfürullah!..
Ustadım,
gücsüz güclüdən güclü,suçlu haqlı,az çoxdan çox,
göz gördüyündən qorxmur,köhnə bazarlara təzə nırxlar qoyulur...
Ustadım,
biri varından gileyli,biri yoxundan...
dişi dişini kəsənlər nə qədər...
bəziləri elə sanır boğazlarında nəsə qalıb-udquna bilmirlər...
...Eh,Ustadım...
Şakir Xanhüseynli