2
Yorum
1
Beğeni
5,0
Puan
829
Okunma
nə qədər istəyirəm
bu qab dolsun,
yenə boş qalır-
dola-dola boş qalır...
Az..
üst-üstə gəlirsən-az
çıxırsan-az
vurursan-az
bölürsən-az...
ey Qarabağ atları,
kişnəyin,yeri eşin dırnağınızla,şahə qalxın,fınxırın,od qopsun
nalınızdan-halımızdan halisiz...
qartallar,qırğılar,qızılquşlar,
dəstə bağlayın-dimdiklərinizə,qanadlarınıza,caynaqlarınıza salam-
bizə indi bunlar gərək...
çıxın deşiyinizdən,
Ağdamın,Laçının,Şuşanın...ilanları;bir-birimizə sarılmaq zamanı...
ey boz qurdlarım,
gəlin ağız-ağıza verib ulayaq,qulaq şəkləyək,diş şaqqıldadaq-
görünür,yanğını yatırmaqçın qan içmək də...lazım,hə?!.
ŞAKİR XANHÜSEYNLİ
5.0
100% (1)