3
Yorum
3
Beğeni
5,0
Puan
973
Okunma
Çözdü hər kim muşkülüm can evimdən can istədi,
Əl götürdüm rəbbimə pirinə qurban istədi.
Vardı şeyda bülbülüm,gül qöncəmə yar eylədim,
Ötməyə naz eylədi,baği gülüstan istədi.
Nə günahım qafili şah eylədin,ey Rəbbəna,
Döndü səndən qanmadı,təxti Süleyman istədi.
Zövqinən,ləzzətinən ömr etməyin fəndin bulub
Sorduğum hal əili var əffinə fərman istədi.
Vahidəm,kim sormasın,həm şahi mərdan dostu mən,
Beyət aldı,sidq ilə dininə iman istədi.
5.0
100% (4)