2
Yorum
1
Beğeni
5,0
Puan
1124
Okunma
Bir can ikən ayrı düşdük,
Belə sazlana-sazlana.
Düşmənlərə fürsət verdik,
Yaxşı qazlana-qazlana.
Hey bölündü millətimiz,
Yağmalandı qeyrətimiz,
Çoxalıbdı heyrətimiz,
Üzə nazlana-nazlana.
Danışırıq min cür sözü,
Deyəmmirik doğru-düzü,
Paraladı yadlar bizi,
Qaldıq izlənə-izlənə.
Hardasan ey ulu ərən,
Bağlandımı bəndi-bərən?
Millət oldu pərən-pərən,
İzi tozlana-tozlana.
Dünya düşmən olub TÜRKə,
Çəkilirik boşa-bərkə,
Dolanırıq qorxa-ürkə,
Elə bizlənə-bizlənə...
06.01.14.
5.0
100% (1)