1
Yorum
1
Beğeni
5,0
Puan
715
Okunma
(Vaqifsayağı zarafatyana)
Payız gedir, yavaş-yavaş qış gəlir,
Bizim evdə hələ odun da yoxdur.
Qaz heç ələ gəlməz, nöyüt də baha,
Yeyəcək-içəcək adında yoxdur.
Arvad da bezdirib məni, deyinir,
Üst-üstdən yamalıq, cırıq geyinir.
Qonaq gəlsə evə gözdən yayınır,
El-obada belə qadın da yoxdur.
Mən yazıq bu dərdi kimə söyləyim,
Bilmirəm çarəni, axı neyləyim?
Nə qədər nəsihət, öyüd eyləyim?
Keçmiş günlərimiz yadında yoxdur.
Kəsilib hər yerdə ruzi-bərəkət,
Əkində xeyir yox, torpaq şorəkət.
İndi deyin, necə edim hərəkət,
Nə yesən ağzında dadın da yoxdur.
Xalqa bu gen dünya bizə olub dar,
Eyləyirəm gecə-gündüz ahu-zar.
Əflatun, deyirlər adın-sanın var,
Allaha şükür ki, adın da yoxdur.
20.11.13.
5.0
100% (1)