1
Yorum
0
Beğeni
5,0
Puan
928
Okunma
Göylərdən soraq umuram,
Bu dünya mənlik ha deyil.
Zər-zoruna göz yumuram,
Bu dünya mənlik ha deyil.
Verdiyinə minnət qoyur,
Susdunmu, bağrını oyur,
Soğan tək qabığım soyur,
Bu dünya mənlik ha deyil.
Şeytanı çoxalıb yaman,
Başlar soyuq, tüpü-boran,
Oğraş olub indi zaman,
Bu dünya mənlik ha deyil.
Getsəm gözüm qalmaz gerdə,
Nə qandım ki mən bu yerdə?
Dəliyəmmi gələm birdə,
Bu dünya mənlik ha deyil.
27.10.13.
5.0
100% (1)