1
Yorum
1
Beğeni
5,0
Puan
1132
Okunma
Ayrılıq nə yamanmış,
ayrılıq nə ağırmış,
Sənsizliyim səninlə keçən günlərimizi
köməyimə çağırmış.
Vüsal gözlərimdə yaş,
hicran yükü ağır daş.
Səni məndən alan yollar
bir qalxaydı aradan,
Kimsəsiz, tək qalan qollar
qovuşaydı, sarılaydı kaş.
Bir-birinə həsrət gözlər,
vüsal gözlər,
Qələmimin dodağı
öpdükcə ağ kağızı
dünyaya göz açar sözlər.
Səni istər,
səni özlər
Qələm tutan,
şaxta vurmuş əsgər əli,
İsidəsən nəfəsinlə,
itə gözündə gözləri.
Saçlarının buruğu
girər əsgər yuxusuna,
Silah səsi,
barıt iyi...
Həsrətəm yar qoxusuna.
Günün ilıq şüasıyla
ruhun ruhuma dolar,
Qəlb kövrələr,
ürək dolar.
Səadətim damla-damla
donar, donar gözlərimdə,
Qüssə, kədər yuva salar,
yurd eləyər sözlərimdə.
Yolda qalıb əsgər gözü,
səni istər,
səni özlər,
Vüsal istər,
vüsal gözlər,
vüsal gözlər.
5.0
100% (1)