1
Yorum
2
Beğeni
5,0
Puan
793
Okunma
Düşmüşəm hardan eyninə,
Girmişəm fələk oynuna,
Salmışam qollar boynuna,
Qalmışam avarə,gönül,
Ah,yazıq,biçarə gönül.
Su axar gələr nereden,
Tökülər arxdan,bərədən,
Küsmüşəm yandan yörədən,
Barışmam dübarə gönül,
Ah,yazıq,biçarə gönül.
Alışdım hədyan sözünə,
Yakdılar odsuz közünə,
Sarıldım kəfən bezinə,
Gömüldüm məzarə,gönül,
Ah,yazıq,biçarə gönül.
Yürüdüm,koşdum,yoruldum,
Döngələr döndü,buruldum,
Sevildim,sevdim,vuruldum,
Yetişmədim yarə,gönül,
Ah,yazıq,biçarə gönül.
*
5.0
100% (3)