1
Yorum
2
Beğeni
5,0
Puan
1158
Okunma
Dünya gözümdə tərsinə,
Gec qaldım eşqin dərsinə,
O gül yanak,o tər sinə
Qismətim ola...olmaya.
Günüm yox zülmət göyümdə,
Qaragünüm ağ geyimdə,
İlk eşqim qaldı köyümdə,
Möhnətim ola...olmaya.
Yerin varmı boş,yanında,
Quru yanım yaş yanında,
Beş on dost qardaş yanında
Hörmətim ola...olmaya.
Qəm dağıtır bu baxışlar,
Buz bağlamış yol yoxuşlar,
Geçməsəm Allah bağışlar,
Minnətim ola...olmaya.
Yazdım,sanat abad olsun,
Duysun gönüllər şad olsun,
Söylənsin ismim yad olsun,
Rəhmətim ola...olmaya.
5.0
100% (2)