2
Yorum
2
Beğeni
5,0
Puan
1095
Okunma
(uzaklara giden yol)
İçimdə boş bir dünya,
dışımda qışın bəmbəyaz qarı.
Beş addım geridə-
xəyallarımın düz ortasında
çocukluğumun
unutamadığım acıları.
Ömrün bu başından
o başına uzanan iplərə
asılmış sıyah gömləklər kimi...
İçi xəz çəkmələrdən
ötrü ağlamışdım o gün.
O gün yupyumru
bir dairə kimi,
gözlərimin içində
donub qalmış...Hələ...
Yoxsulluğun yalın ayaqlarına,
umudsuzluğun hıçkırıqlarına,
babamın dalğın baxışlarına,
iztirablarının ağrılarına
ağlamışdım o gün...
Okul arkadaşlarım
bahalı geyinər,
şux gəzərdilər,
mənimsə nimdaş paltomun
içində cılız bədənim
yöndəmsiz görünərdi.
Altı kopmuş çəkmələrim
su buraxardı.
Ayaqlarım gömgöy göyərərdi
qışın sərt şaxtasında.
Əlac anama qalardı.
Yazıq anam...
Ovardı donmuş ayaqlarımı
sıcaq suyun buxarında.
Xəz içlikli çəkmələrin
həsrətini mən ayaqlarımda,
anamsa içində çəkərdi.
Dodaqlarından kopan
tanrı şükürlərinə
şaşırardım hər zaman.
Şükürlük bir şey
qalmışmıydı ki...
Farklı həyatlar-
bir addım sağa fakirlik,
bir addım sola zənginlik
tanrı mərhəmətini
mənasız boşluğa dönüşdürmüşdü
çocukluğumun xəyal dünyasında.
Hocalarım okulda mənə
sevməyi öyrədərdi,
həyat isə dışarıda
nifrət etməyi...
Nifrəti daha tez öyrəndim,
çünki hocalarımı sevməzdim,
birindən başqa.
O adi gözluk taxardı.
Qışın qış günündə
rezin çəkmələr
geyinərdi ayaqlarına,
o da nimdaş.
Dalğın baxışlarında
dumana dönüşmüş
həyatı qədər dəyəri
qalmamışdı bu çəkmələrin.
Ama danışırkən
nur yağardı gözlərindən,
sözlərində bir sehr,
bir tilsim vardı,sanki.
Anlamını anlayanlar bilərdi.
Həyat bir mələk üzü
kimi gözəl görünərdi
onun konuşmalarında.
Heyhat,okul darvazasından
dışarıda o bambaşqaydı...
.
...Yollarboyu zümzümə
edərdim,bəzən.
Mənim zümzümələrimdə
bir üsyan vardı
dünyanın üzünə,
tanrı ədalətinə
düşmən kəsilmiş
murdar üzünə...
Bu yollar böyütdü məni,
bir xatirə buraxıb
çocukluğumdan.
Sevdiyim hocamın
sirli baxışlarından,
bir də içi xəz çəkməyə
möhtac yalın ayaqlarımdan
geçib getdi bu yollar.
Az çox həyatı sevməyi də,
bu sevgi uğruna savaşmağı da
bu yollar öyrətdi mənə.
Qol saatımın tıklayan
əqrəblərində zaman zaman
geçib gedirəm bu yollardan.
Hər gün...
Umuda doğru...
*
5.0
100% (2)