Biz ancak bize hayran olanları can ve yürekten överiz. la rochefaucauld
eflatun.kesheli
eflatun.kesheli

Ə. Əylislinin "Daş yuxular" əsərinə qınaq

Yorum

Ə. Əylislinin "Daş yuxular" əsərinə qınaq

( 1 kişi )

2

Yorum

1

Beğeni

5,0

Puan

1490

Okunma

Ə. Əylislinin "Daş yuxular" əsərinə qınaq


Arxadan xalqına xəncər atmağa,
De necə vicdanın yol verdi sənin?
Bu qədər namərdlik hardandı səndə,
Buzlaşıb ürəyin, ya qardı sənin?

Burnundan gələcək xalqın çörəyi,
Gözünü tutacaq sənin əməyi.
Olmusan hayların, “yan”ın gərəyi,
Qapanıb gözlərin, ya kordu sənin?

Atdın ayaqlara sən bu milləti,
Görmədin can verən neçə şəhidi?
Yox imiş insanlıq səndə ki, qəti,
Bir belə dönüklük axı nə idi?

Erməniyə qucaq açmısan nədən?
Sənə onlarınmı yalı xoş gəlir?
Beyinsiz cəsədsən, başsız bir bədən,
İndi Azərbaycan səni yox bilir.

Bir zaman Həmzətov ləkə yaxanda,
Bütün Azərbaycan qan içindəydi.
O özgə millətdi belə baxanda,
Səndəki bu hikkə nədi, nədəndi?

Belə cızma-qara yazılarınla,
Hansı mükafata göz dikmisən sən?
Sənin mükafatın şəhidlər ahı,
Ən alçaq, vicdansız bir kölə sənsən!

Ad-sanın var idi, səni sevərdik,
Maraqla göz dikib hər əsərinə.
Şəninə çox yüksək tərif deyərdik,
İndisə nifrətdi onun yerinə.

Gör nələr çəkmədi bu xalqın başı,
Tarixə nəzər sal, onda bilərsən.
Hələ qurumamış millətin yaşı,
Nə üzlə barışıq sən ki, dilərsən?

Babəki yağıya satan erməni,
Sənsə Balayanla dostluq edirsən.
Həzi Aslanova atan erməni,
Yenə barışığa doğru gedirsən?

Tək Qarabağdımı od tutub yanan?
Laçın, Kəlbəcərin halına bir bax.
Füzuli, Qubadlı odlara giryan,
Ağdamın yolları bizdən çox uzaq.

Zəngəzur əsirdi yağı əlində,
Naxçıvan anadan aralı qalıb.
Bayatı Təbrizin ağlar dilində,
Borçalı aləmə hay-haray salıb.

Pənah xan bu yerdə alsa meydanı,
Sözümüz nə olar ona, bilmərəm.
Hələ Şah Xətai soruşsa, hanı
Böyük Azərbaycan? Dinə bilmərəm.

Mən bilə bilmirəm nə üçün, nədən,
Üzün millətindən bu cürə çöndü?
“Məşhur bir müsəlman nümayəndəsi,
Məşhur bir erməni tipinə döndü!”

Hardan qaynaqlanır bu “Daş yuxular”,
Hamıya bəllidi, sən də bilirsən.
Yazından üfunət, dəhşət qoxular
Ətrafa saçılır, sənsə gülürsən.

Elə bir daş vurdun Azərbaycana,
Ağrısı yüz il də kəsməz ay Əkrəm.
Düşmənin atdığı daşlar bir yana,
Bu sənin daşındı, verdin “pay” Əkrəm?

Ölüb bu torpağa qarışmağa da,
Hələ ürəyində bir istək də var?
Vətəni əl üstə vermisən yada,
Bil ki, qəbirin də olacaqdı dar.

Paylaş:
1 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (1)

5.0

100% (1)

Ə. Əylislinin "daş yuxular" əsərinə qınaq Şiirine Yorum Yap
Okuduğunuz Ə. Əylislinin "daş yuxular" əsərinə qınaq şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Ə. Əylislinin "Daş yuxular" əsərinə qınaq şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
ay
aysel_hosted, @aysel-hosted
22.5.2013 20:45:53
satqin ekrem eylisli her halda bir gun butun bunlarin cezasini tapacaq. Oz kokune oz milletine hormet qoymayan hec yerde hormet tapmaz!!!
Etkili Yorum
onukoglu
onukoglu, @onukoglu
26.3.2013 16:33:27
Vay senin duyarlı vatan sevdalsıyla yüklü yüreğine kurban olayım kalemin daim yolun açık olsun üstadım saygılar gönderiyorum Allah razı olsun
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL