3
Yorum
2
Beğeni
5,0
Puan
1166
Okunma
Səmt unudub, yol çaşanda,
Ayaq başdan inciməsin.
Qəlbim coşub-çağlayanda,
Gözlər yaşdan inciməsin.
Haqq boğulsa qərəz-kindən,
Dünya qopsa məhvərindən,
Qartal küssə zirvəsindən,
Göylər quşdan inciməsin.
Allah verib huşu sərdə,
Qayğılanıb düşmə dərdə.
Namərd sözü dəysə mərdə,
Ağlı çaşdan inciməsin.
Əflatundan eşit düzü,
Ataların deyib özü:
Sayılmasa böyük sözü,
Altı beşdən inciməsin.
5.0
100% (5)