1
Yorum
0
Beğeni
5,0
Puan
1069
Okunma
Nəsihətlə ağıl olmaz,
Allah verə ağlı gərək.
Dilin kəlmə söyləyəndə,
Qəlbin ona bağlı gərək.
Hədər yerə coşmayasan,
Qaynayıban daşmayasan,
Sən həddini aşmayasan,
Ola dilin yağlı gərək.
Hər bir sözün məqamı var,
Yerli-yersiz eyləmə zar,
Əflatuna vermə azar,
Sözlərin də haxlı gərək.
5.0
100% (1)