1
Yorum
3
Beğeni
5,0
Puan
1082
Okunma
Çiçəyi çirtlayan ağaclar kimi,
Çıçəyim çırtlayır səni görəndə.
Niyə yan gəzirsən,yan dolanırsan,
Saçımda beş-altı dəni görəndə.
Mən ki,məhəbbətin dərsin
keçmişəm,
Fırladıb avandın,tərsin biçmişəm.
Gözümə aldanıb səni seçmişəm,
Durub naz edirsən məni görəndə.
Yüz kərə qovsan da gedən
deyiləm,
Sənsiz can deyiləm,bədən
deyiləm.
Hər umu-küsünü güdən deyiləm,
Susuram gözündə kini görəndə.
İstəsən,saz çalıb aşıq olaram,
İstəsən,ölüncə aşiq olaram,
Vallah,gün olaram,işıq olaram,
Yolunda dumanı,çəni görəndə.
*
5.0
100% (2)