2
Yorum
0
Beğeni
5,0
Puan
954
Okunma
Bir ürəyin umuduna qalmışam,
Döyünərmi,döyünməzmi,nə
bilim?!
Bir mələyin umuduna qalmışam,
Bəyənərmi,bəyənməzmi,nə bilim!?
Eşq dəlisi günahkarmı,asimi,
Gönlümdəki yaxşısımı,pisimi,
Bu sevdadan götürmüşəm bəsimi,
Bəlkə çoxmu, bəlkə azmı, nə
bilim!?
Dost ağacı-neçəsinə çıxmışam,
Sındırmışam,puçasına çıxmışam,
Dırmanmışam,haçasına çıxmışam,
Dayanarmı,dayanmazmı,nə bilim!?
Aman fələk,heç oyunun vaxtımı,
Beşik ikmi yırğalama taxtımı,
Özüm döyüb yatızdırdım baxtımı,
Oyanarmı,oyanmazmı,nə bilim!?
*
5.0
100% (1)