1
Yorum
1
Beğeni
5,0
Puan
652
Okunma
............
O söz ki, yazılmır,onu yazmıram,
Deyirəm,qoy qalsın söz lüğətində.
O söz ki,qələmə tuş gəlir,onun
Yeri var yazanın öz lüğətində.
Hər sözü hər sözə calamaq olmur,
Onu ağac kimi əkəsən gərək.
Ləldi,cəvahirdi ,öz mizanı var,
Yerinə qoyanda çəkəsən gərək.
Bircə zərrə belə geri düşəndə,
Dəyişir yaranış öz mənasını.
Saitin,samitin biri düşəndə
Kökündən itirir söz mənasını.
..........
..........
Söz-alov,söz-at əş,söz-ocaq,söz -
od,
Nə qədər yansa da közü qalacaq.
Nə sərvət qalacaq,nə para,nə pul,
Qalanda,şairin sözü qalacaq.
*
5.0
100% (1)