Ödünç alınan son kuruşla ödenen ilk kuruş arasında tabii muazzam bir fark vardır. goethe
Emin111
Emin111

Təklənmişəm yenə də

Yorum

Təklənmişəm yenə də

0

Yorum

0

Beğeni

0,0

Puan

1277

Okunma

Təklənmişəm yenə də

YENƏ DƏ TƏKLƏNMİŞƏM

Yenə də təklənmişəm,
Yenə xəyalın gəlib
Mənə qənim kəsilmiş...
Kədərə arxalanıb
Mübarizə aparmaq
Heç də asan deyilmiş...

Yenə də təklənmişəm...
Yenə də ürəyimlə ağlım üz-üzə durmuş...
Ağlım “sevmə” - söyləyir...
“Bir ömrü bir sevgi
Qurban etmə”- söyləyir...
Amma ürək...
əvvəlki tək
Ata bilmir,
Məhəbbətin bu əzablı günlərini
"Qorxu" adlı "alverçiyə"”
Sata bilmir...

Yenə də təklənmişəm...
İllər ilə istisində isindiyim
İlk eşqimə sazaq gəlib...
İkimizə aid olan məhəbbətə
"Çağrılmamış qonaq" gəlib...

Anlamışam,
Səni çox-çox uzaqlara aparan da,
Acımadan ürəyimi parçalayan,
Varlığını ürəyimdən qətrə-qətrə qoparan da
“O” qonaqdır...
Təklənmişəm,
Bir dərdimdir,
Bir özüməm,
Bir otaqdır...

İncimirəm,
Gedirsənsə,yolun açıq!
Amma bir gün peşman olsan,
Nə məni gəz,nə də təkrar
Yoluma çıx...

Söz verirəm,
“Təklənməyə öyrəşəcəm...”
Bundan sonra adını da tutmayacam,
Dərdlərimlə “barışacam”,
Dərdlərimlə “dərdləşəcəm...”

Emin İbrahim

Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 
Təklənmişəm yenə də Şiirine Yorum Yap
Okuduğunuz Təklənmişəm yenə də şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Təklənmişəm yenə də şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL