0
Yorum
1
Beğeni
5,0
Puan
1198
Okunma
Həm oğlu,həm də qızı olan bir bədbəxt atanın məzarı hələ də başdaşısız qalıb.
Bir zamanlar
Ürəyinin hər küncünü
Zəbt etmişdi xoş arzular...
İşləmişdin,qazanmışdın..
Ömrü bu cür keçirərək
Allahından bircə xoş gün
Almağa da yubanmışdın...
Oğul oxut,qız ərə ver,
Hələ hərdən göz yaşı tök...
Dilə gəlsin duğuların...
Ömrü boyu işləsən də
Amma yenə
Bitmədi ki,qayğıların...
Oğul indi çox böyüyüb...
Gör nə qədər böyüyüb ki,
Sənə “Ata” deməyə də
Ehtiyacı yoxdu daha...
Əvəzində yoldaşının atası var
Səndən əziz,səndən baha...
Çox toxunur ürəyinə gördüklərin,
İstəyirsən öz oğluna sözlərini çatdırasan.
O dinləmir...
Sözünü də tez-tez kəsib “Qurtar!”-deyir...
Hələ sonra əsəbləşib şillə vurur,
Adına da “kaftar” deyir...
Yataqdasan,dərmanın da alınmayıb...
Ümid qalıb Əzrailə...
Nə oğul yox,nə də ki qız...
Amma hələ
Sən onları düşünürsən...
Ən dəhşətin sən görmədin,bədbəxt qoca...
Öldüyün gün ovladların ağlamağı ar bildilər...
Məzarının üstündə də dayanmayıb
“Çox soyuqdur”-söyləyərək tez gəldilər...
Budur həyat...
Kimisinə övlad verir,
Bir övlad ki,adı “övlad”,özü alçaq...
Bir “övlad” ki,ürəyi daş,gözləri qan...
Xəcalət çək,belə övlad,
Ürəyində varsa əgər,azca vicdan...
Hərdən gedib məzarını ziyarət et...
Bir baş daşı al onunçün...
Qoy itməsin qaranlıqda..
Diri ikən çox utandı...
Heç olmazsa
Ölü ikən utanmasın məzarlıqda...
Emin İbrahim
5.0
100% (1)