0
Yorum
0
Beğeni
0,0
Puan
1002
Okunma

Bacarmadım...
Ürəyimin səssizliyin içimdə
Boğmağı da bacarmadım...
Daş bağlamış günahımı yumaq üçün
Yağış kimi yağmağı da bacarmadım...
Bacarmadım...
Bahar vaxtı pöhrələnmiş ümüdimi,
Dözümümdən bəhrələnmiş ümüdimi,
Dumanlanmış ürəyimin bir küncünə
Bağlamağı bacarmadım...
Gör mən necə qəribəyəm
Heç olmasa,ümüdini itirən bir adam kimi
Ağlamağı bacarmadım...
Bacarmadım...
Taleyimin "SƏN" adlı bir qonağını,
Gəncliyimin unudulmaz sınağını,
Taleyimdə saxlamağı bacarmadım...
Əvəzində
Ürəyimin döyüntüsün boğmaq üçün
Öz-özümdən həmişəlik qaçmaq üçün,
Yorulmadan çalışdım...
Amma heç nə alınmadı...
Ayağımdan dərdlərimə dolaşdım,
Qaçmağı da bacarmadım...
Bacarmadım...
Bərk-bərk yumub gözlərimi
yatmaq üçün cəhd elədim...
Hər addımda kölgə kimi
məni addım-addım busan
keçmişimi unutmağı əhd elədim.
Heç bunu da bacarmadım...
Bütün bunlar üzdü məni
Heç özüm də hiss etmədən
Daxilimdən dəyqə-dəyqə qocaldım...
Mən çox şeyi bacarmadım,amma təkcə
Bu sevginin etirafın bacardım...
Emin İbrahim
14.10.2012.