0
Yorum
0
Beğeni
0,0
Puan
991
Okunma
"TƏSƏLLİ..."
Mənim təsəllilərim-
Məni yaşadan nəfəs...
Əgər təsəlli varsa,
Qorxu əbəs,dərd əbəs...
Sən getmisən...
Amma heç
Ağlamıram,
Görəsən,
Hansı qüvvədir axı,
Belə saxlayır məni?
Nəhayət ki,anladım:
“Bir gün dönüb yenə də gələrsən” təsələsi
Hələ saxlayır məni...
Mənim təsəllilərim-
Çox uca zirvələrdə
Donub qalan,
Heç zaman
Əriməyən qarımdı...
Nə xoşbəxtəm,İlahi..
Məni tənha qoymayan
Təsəllilər varımdı...
Çiçək əkdim..
Su verdim...
Çox çalışdım onunçün.
Amma soldu,
Bir anda
Gözdən itdi,
yox oldu...
Tükənmədim.
Nə olsun,hər şey olar,
Həyatdı..
“Birini də əkərəm,qurumaz!-təsəllisi
Məni yenə yaşatdı...
Mənim təsəllilərim-
Kəsilməyən
Səsimdi.
Sən sevməsən də məni,
Allah məni çox sevir
O qədər çox sevir ki,
Lap yüz ildə yaşasam
Yenə mənim bəsimdi...
Mənim təsəllilərim-
Məni yaşadan nəfəs...
Əgər təsəlli varsa,
Qorxu əbəs,dərd əbəs...
Emin İbrahim