1
Yorum
1
Beğeni
5,0
Puan
1083
Okunma
Nə gözəldi “eh”li dillər
Biri qıpqırmızı, biri sapsarı,
Birisi sarımtıl, biri dağ qarı,
Biri bənövşəyi, biri narıncı,
Nə gözəldi şehli güllər, çiçəklər!
Göyqurşağı zehli–zehli, gün, güney,
Quzqulaqlı, qulançarlı yaz quzey,
Bir badə mey, bir naləli, yanıq ney,
Nə gözəldi mehli çöllər, çəmənlər!
Hüseyin də quzu kimi mələr hey,
Kaş olaydı gözlərim kor, qulaq key,
Qopar qanar, qövr eləyər yaram ey,
Nə gözəldi “eh”li dillər, diləklər!
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
13.11.2012-ci il
5.0
100% (1)