0
Yorum
0
Beğeni
0,0
Puan
944
Okunma
Eləcə, beləcə
Barmaq incə, bel incə,
Dil, diş incə, tel incə,
Körpə həyata gəlincə
Hər şey ola ürəyincə.
Sevil incə, sev incə,
Sevilincə, gül incə,
Sevinincə, gülüncə
Gedir ömür də gör necə.
Saat keçir, say görüm,
Tellərin sayım hörüm.
Sayırıq yerindəcə,
Gedir ömür də yeləcə.
Belə - belə, bax beləcə
Ay ulduzlu, aylı gecə
Eşməsin də eşq eləcə,
Gedir ömür də seləcə.
Könlüm daim köks ötürüb,
Kipriyilə od götürüb,
Dövranını dözüb sürüb
Bir sürəcə bir cürəcə.
~~~~~~~~~~~~~~~~~~
01.10.2012 - ci il