2
Yorum
0
Beğeni
0,0
Puan
1426
Okunma
Susmaq cinayət deylimi?
Ermənistan qan-qan deyir,
Azərbaycan can-can deyir,
Yunan Türkə yan-yan deyir,
İran, Turan Quran deyir.
Nə yatmısan filtək millət,
Quran sənə oyan deyir!
Ramil cinayət törədib.
Yaxşı, törədib.
Bəs “Qanlı Yanvar”,
Qarabağda, Qaradağda,
Xocalıda nahaq axan
Qanlar cinayət deylimi?!
Faciənin miqyası yox,
Xatın ondan daldadı çox.
Küçələrə səpələnib
Bir qarın ac, bir qarın tox.
Dığanı az gözümə sox,
Korluq cinayət deylimi?!
Kürd PKK, ləzgi SADVAL,
Nə dınqıldar bu köhnə val?
Ay çalınan zurna, qaval
Avtobusda, qatarlarda,
Metrolarda partlayışlar
Terror, cinayət deylimi?!
Körpələrin gözü çıxdı,
Millət yandı, közü çıxdı,
Dədə, baba ocağından
Qaçaq düşdü, özü çıxdı?
Xalq xar oldu, sözü çıxdı,
Dəhşət, cinayət deylimi?!
Daşnak cani, daşnak cəllad,
ASALA da qoyub bir ad,
Faşistlər ucaldan fəryad,
Fəğan, fəsad, dadi – bidad,
Döşəmərə etməz imdad,
Sizcə cinayət deylimi?!
Elə bildim bayılıbdı,
Dünya birdən ayılıbdı,
Nə xəbərdi, yayılıbdı:
-Ramil cinayət törədib.
Bayrağıma hörmətsizlik,
Həqarət cinayət deylimi?!
Yox, yox, ola bilməz
Cənab NATO Baş Katibi
Cinayətkar bilmə Ramili!
Sən snayper gülləsindən
Doqquz yaşlı güdaz gedən
Yada sal körpə Farizi!
Növcavanın canına qəsd,
Qətl cinayət deylimi?!
Hardadı bəs haqq, ədalət,
Ayaq açıb of rəzalət,
Əfsus, ədliyyə də alət.
Bu durğunluq, bu ətalət,
Bu əyrilik, bu əbləhlik
Əşi, cinayət deylimi?!
Haray - həşir salır dünya
Gavırlar qırılır guya,
Xaç xar olmuş, gedir zuya.
Qurd hücum çəkir quzuya,
Bu quldurluq, başkəsənlik
Deyin, cinayət deylimi?!
Şərqim laxta al qan qusur,
Qəribədi, Qərb də susur.
Xəfiyyələr tələ qurub,
Əyrini yox, düzü pusur,
Bu minvalla yeriməz sur,
Susmaq cinayət deylimi?!
~~~~~~~~~~~~~~~~~~~~
07.09.2012-ci il