0
Yorum
0
Beğeni
0,0
Puan
859
Okunma
İnşallah
Torpağımın gözü yaşdı,
Yanmayanlar qəlbi daşdı.
Daşnakdan qurtuluş yolu
Dava-dalaş, qan, savaşdı!
O dağlarda, dolaylarda
Dolub, donqarlar dolaşır,
Bağımda bayquş ulaşır,
Simasızlar silahdaşdı!
Yağla, tuşla top – tüfəngi,
Bayrağımın rəmzi rəngi,
Zəfərlərə səslər cəngi,
Nəm-nümlərdə nə təlaşdı?
Gavırlar sevməz gerbini,
Həriflər həmən hərbini,
Dadarlar Türkün zərbini,
Ağrıdağım, ağrın aşdı!
Baş ucaldan, üz ağardan
Halal nemət, namdı, nandı,
Vətən, torpaq, ana andı
And – amandan uca, başdı!
Azərbaycan əsgəri də
Səf-səf, sərvaxt, səngərlərdə,
Sülhə səslər süngülər də,
Müjdə xəbərlər dolaşdı!
Səngərli, çəkdik acılar,
İnşallah, yollar açılar,
Ay Allah, ana - bacılar
Qalmasınlar gözüyaşdı!
~~~~~~~~~~~~~~~~~~~~
14.06.2012