1
Yorum
0
Beğeni
5,0
Puan
997
Okunma
Bacara bilmir?
Səddamın taxtını tərsə çevirən,
Hüsnü Mübarəki mütləq devirən,
Qəddar Qəddafini qətlə yetirən
Bir Bəşər Əsədlə bacara bilmir?
Canavar can alır Allahım, candan,
Qan da sel-su kimi axır bir yandan,
Atəşkəs təklifi Kofi Annandan,
BMT barbarla bacara bilmir?
Sülalə rejimi sükan əlində,
Süngü əlindədi, sursat əlində,
Sünnilər səfildi sərhədlərində,
Suriya Bəşərlə bacara bilmir?
Öcalan da İmralıda ömürlük,
Qəltan oldu öz qanına Bin Laden.
Terrorbaşı murdar Murat Karayılan,
Bu dünya terrorla bacara bilmir?
Güclər yetişdirdi güc içində güc,
Üsyankar əlində dinc durmaz ülgüc,
Basılmaz ordular olmazmı gülünc?
Bu güclər o güclə bacara bilmir?
Səyirtdi atını Səfəvilər də,
Ədalət hardadı ələvilərdə?
Aşındırar aşna qələvilər də,
Aşar taxt - tacından ələvilər də!
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
11.04.2012
5.0
100% (1)