1
Yorum
0
Beğeni
5,0
Puan
1012
Okunma
Bu nədəndi?
Dərdə salan biri dəmdi,
Birisi də qəhər, qəmdi,
Ağlamaqdan kor olmuşlar
Hər ikisi yaşdı, nəmdi.
Hicran odu ovqatıma
Nə yaxındı, nə həmdəmdi.
Bu cismimdə cəfa cəmdi,
Dəmadəmdi, bu nədəndi?
Duman görmüş, çən görmüşəm,
Süsən, sünbül, dən görmüşəm,
Çiçəkdən çələng hörmüşəm,
Saçlarında o nə dəndi?
Arpa bozdu, buğda sarı,
Ormanlar, otlar saralı,
Saman sayrımı, sapsarı?
Zəmilər də dərdmi əmdi?
Qiymətlidi ötən hər an,
Öz kefini sürür dövran,
Quyulanır tikən, quran,
Fərmanın fərqi nədədi?
Bizləri zaman qocaldır,
Zaman özü də qocalır.
Səngərli, səsin ucalır,
Bu nə bəmdi, bu nə dəmdi?
~~~~~~~~~~~~~~~~~~~
18.03.2012
5.0
100% (1)