1
Yorum
0
Beğeni
0,0
Puan
1049
Okunma
Hələ qışdır
Pəncərəmi döyür külək,
Döyünür sinəmdə ürək,
Qar un-urva, göylər ələk,
Ələyəcək, əlbət qışdır.
Çölə çıxdım, tufan, boran,
Külək kəsən, çovğun soran,
Sovurur qarı burulğan,
Göyə baxır, gözüm qırpır.
Gözə dəymir çikkildəşən
Boz sərçələr, qara qarğa,
Qalaq-qalaq qar, qasırğa,
Yer sırsıra, damcı sırğa.
Buz bağlayıb yol-iz, bayır,
Soyuq - sazaq, yel ulayır.
Bayırda bayquş, boz köpək
Boylanır, quyruq bulayır.
Ağappaqdı çəmən, çöllər,
Donub çeşmə, gömgöy göllər,
Gözə dəymir gözəl güllər,
Açmamışdır, hələ qışdır.
~~~~~~~~~~~~~~~~~~~~