1
Yorum
1
Beğeni
5,0
Puan
965
Okunma
Bir eşq ki...
Bu baxt, tale qumardı,
qaşı - gözü xumardı.
O hərdən şirin, şəkər,
hərdən turşməzə nardı,
hərdən zəhərdi, mardı.
Kimə yara, kimə yar,
üstü bəzək, tumardı.
Həm mayadı, həm marağ,
varaqla varağ - varağ.
Baxtın üzünə gülsə
Günəş, Aydı ağ varağ.
Gülüm, üzü dönərsə,
baxt ulduzu sönərsə,
qara yazılmış varağ.
Hiylələrə bürünməz,
kürüsən də, kürünməz,
baxt arxanca sürünməz.
Ayağ açmaz, yeriməz,
yürüməz də yalanlar.
Baxtı bağlı qalanlar,
taxtı - tacı talanlar.
Bir eşq ki, gündən-günə
alovlanıb, yanmaya,
Qan damarda dövr edib
can, cəsəd canlanmaya,
O eşqin girdabına
girərək girov qalan,
girələnən can yazıq.
O can bürünən libas,
mahud, məxmər, ol atlas,
ləl-cəvahir, o daş-qaş,
gövhər olsun, gözümdə
nimdaş, solğun pal-paltar
nə yaqutdu, nə yantar.
Doğransın dolabında.
Baxt parlaya, baxt yana
göylərdə ulduz kimi.
Dadı - tamı dodaxda
yalanmalı duz kimi.
Eşqi sönən ürəklər
soyuq zindan, buz kimi,
dalayar quduz kimi.
Eşqdə dəyanət olsa
dədəliyə yüksələr.
Eşqdə xəyanət olsa
gədəliyə yüksələr.
Eşqdə ədalət olsa
ədavət enər yerə,
əbədiyyət yüksələr.
Eşqə mübtəla canlar
sevib, sevilmək əqddi.
Eşq deyilən etibar,
əlbəttə, əmanətdi.
Səngərli, əhdi – peyman,
nə şübhədi, nə güman,
ən böyük zəmanətdi.
~~~~~~~~~~~~~~~~~~
10.02.2012-ci il
5.0
100% (1)