0
Yorum
1
Beğeni
5,0
Puan
1032
Okunma
Daşa döndər.
Həsrətiyəm çöl – çəmənin,
Yaşıl yalın, yamacın da,
Bitir bulaqlar başında,
Allah, məni gülə döndər.
Yar – yaraşıq pərdə tülə,
Bir bülbüləm həsrət gülə,
Gül üzümə, gülə - gülə
Allah, məni tülə döndər.
Cana yığar dedi – qodu,
Canımdakı həsrət odu,
Odun odu, ocağ odu,
Allah, məni külə döndər.
Səfil sayma Səngərlini,
Ləlvər kimi ləngərlini.
Döndərirsən başa döndər,
Döndərmirsən daşa döndər.
5.0
100% (1)