0
Yorum
0
Beğeni
0,0
Puan
753
Okunma
A Gözəldağı
Görsənə, əriyib gözümün yağı,
Gedibdi qarası, qalıbdı ağı,
Həsrətin sinəmə çəkilən dağı
Gözəlcə göynədir, a Gözəldağı.
Əl çatmır ənginə, lələdi Ləlvər,
Uludan uludu, o, uca Ləlvər,
Nə olar quruca bir quca Ləlvər,
Keçəndə cənginə, a Gözəldağı.
Ömür ötüb, nə son, orta, nə yarı,
Yaxındı bir addım məzara sarı,
Gözümdə heç-puçdu dünyanın varı,
Vallah varidatı, a Gözəldağı.
Çar-naçara çəmən, çənsiz nə çarə?
Binələrsiz bikef gəzər biçarə.
Mən bimara qılsan sən də bir çarə,
Dünya dağılmaz ki, a Gözəldağı.
Səfalı, şəfalı, sərin havalı,
Sağalmaz dərdlərə dərman-davalı,
Səngərli boylanar Səngərə sarı,
Sarsılar dağlarsız, a Gözəldağı.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
12.12.2011-ci il