1
Yorum
0
Beğeni
0,0
Puan
1041
Okunma
Dünyanın da yaddaşı var
Bu dünyanın qara daşı, ağ daşı var,
Bu dünyanın ötən çağı, çağdaşı var.
Bu dünyanın parçalanmış para-para,
Bu dünyanın sarı, sayrı, sağ daşı var.
Bu dünyanın canlı tarix, salnaməsi,
Bu dünyanın salam almaz, sal daşı var.
Bu dünyanın canlı, cansız, salnaməçi,
Bu dünyanın qanlı, qansız, qar daşı var.
Bu dünyanın pozulmuş, həm pozulmamış,
Bu dünyanın tilsim altda yozulmamış,
Daşlara da həkk olunmuş yaddaşı var.
Bu dünyanın yurddan çıxdaş yurddaşı var.
Bu tarixi olduğu tək yazan gərək,
Yazılanı olduğu tək yozan gərək,
Gərəksizi misra-misra, sətir-sətir
Pozan kimi yaddaşlardan pozan gərək.
Həqiqəti oba-oba, oymağ-oymağ
Car etməyə əlində saz,
Əldə qopuz oğuz oğlu
Dədəm Qorqud – ozan gərək!
Nə torpağam, nə daşam,
Nə ləl, gövhər, daş-qaşam,
Nə aşağı, nə başam,
Mən də bir vətəndaşam.
Vərəsəlik hüququm,
Məzar, məziyyətimi,
Ölsəm vəsiyyətimi
Vətən, daşa yazaram.
Bu torpağın yaşını
Yarpağına yazaram.
Vallah varağ tapmasam
Yaddaşıma yazaram!
Keçən keçdi, bu günün
Qara günün qara daşa,
Ağ gününü ağ daşa,
Çağdaşına yazaram!
~~~~~~~~~~~~~~~~~~~
06.12.2011-ci il