1
Yorum
0
Beğeni
5,0
Puan
937
Okunma
Gələr, gedər
El - obada hər bir adam
Öz adını alar, gedər.
Yaramazın qab - qaşığın
Yaltaq, yalan yalar, gedər.
Yaxşılığı, yamanlığı
Yada salar yaxın, yad da,
Təmiz ad da, təmiz dad da
Damaqda dad salar, gedər.
Bu dünya da bir hücrədi,
İnsanları min cürədi.
Cürətlisi, cürətsizi,
Cürbəcürlər gələr, gedər.
Kimi gülünc, kimi gülər,
Kim sürünər, kim sülənər,
Ay Səngərli, samanlığı
Ac da gedər, tox da gedər.
~~~~~~~~~~~~~~~~~~~~
21.11.2011-ci il
5.0
100% (2)