0
Yorum
0
Beğeni
0,0
Puan
854
Okunma
Onda, indi
Onda on beş yaşım vardı,
Cahıl idim, can cavandı,
Dəli- dolu, beynim qandı,
Dəyişmişəm, dəymə indi.
Hərzə-mərzə hərləməzdim,
Hədəf kimi əyilməzdim,
Bikeflik nədi, bilməzdim,
Bihal bilib, əymə indi.
Ovulub, ovxam ovqatım,
Sozalmaq olmuş sovqatım,
Bilməm başım necə qatım,
İncitməsin illər indi.
Vallah-billah vaxt gözləmir,
Anlar ötür, zaman keçir.
Yaddaşımda yaxşı – yaman,
Yamyaşıllar saman indi.
Ay Səngərli,
Yanan həmin cahıl candı,
O illəri təkrar andı,
Gözündəki tor, dumandı,
Dünya - aləm duman indi.
~~~~~~~~~~~~~~~~~~~~