0
Yorum
0
Beğeni
5,0
Puan
974
Okunma
Var ay sazım
Sənətkarın sinəsində
Haray çəkən haray sazım,
Hələ sənə xor baxanlar,
Ögeylərin var, ay sazım.
Bostanına daş atanlar,
Nə yaxşı ki, yaşadanlar,
Yaxınların, doğmaların
Vallah-billah var, ay sazım.
Kəsilmişə bir “Kərəmi”,
Bir “Dilqəmi” çal ay sazım.
Bəlkə gələ din – imana,
Sənə dolay deyən, sazım.
Səngərliyəm, yağım, balım,
Sənsiz fəna, heçdi halım,
Sən salamat, mən saralım,
Ağrı – acı görmə, sazım.
~~~~~~~~~~~~~~~~~~~~
5.0
100% (1)