0
Yorum
0
Beğeni
5,0
Puan
1018
Okunma
O dağların qoynunda mən
Yer - yemiş ha deyiləm,
Dilimlənəm, yeyiləm,
Qəm çəkən də deyiləm,
O dağların qoynunda, mən.
Kərə kimi ərisəm də,
Bir sümük, bir dərisəm də,
Dədə, əl çəkən deyiləm,
O dağların qoynunda, mən.
Yaylaq mənim, yal mənim,
Bala mənim, bal mənim,
Bu sinəmdə xal mənim,
O dağların qoynunda, mən.
Ətək mənim, əl mənim,
Lalə mənim, ləl mənim,
Mehdi mənim məlhəmim,
O dağların qoynunda, mən.
O sallama, sal qayalar,
Neştər kimi şiş qayalar,
Oy deməm, gözüm oyalar,
O dağların qoynunda, mən.
Əriyərəm buzu kimi,
Səpilərəm duzu kimi,
Kirimərəm quzu kimi,
O dağların qoynunda, mən.
Qoy azdırsın sıx duman, çən,
Güllü, çiçəkli çöl - çəmən,
Çeşid çeşmələrdən əmən,
O dağların qoynunda, mən.
Zümzüməli bulaqlar,
Sizsiz zar - zar ağlaram,
Çağırarsız çağlaram
O dağların qoynunda, mən.
Göyərərəm otu kimi,
Səslənərəm notu kimi,
Kef çəkərəm lotu1 kimi
O dağların qoynunda, mən.
Nazlanaraq gəl - gəl deyər
Geyəndə əlvan donunu,
Görməyəm xəzan sonunu,
O dağların qoynunda, mən.
Ay Səngərli, səhər yeli
Qoy oxşasın tellərini,
Xoşbəxt görüm ellərini,
O dağların qoynunda, mən.
~~~~~~~~~~~~~~~~~~~~~~
Qeyd: 1.Lotu – burada xoşbəxt, məmnun mənasında.
20.08.2011-ci il
5.0
100% (1)