Gün geldi ağladığım günlere ağladım. hz. ebubekir
huseyn
huseyn

Hardasan, ay cavanlığım?

Yorum

Hardasan, ay cavanlığım?

0

Yorum

0

Beğeni

0,0

Puan

1379

Okunma

Hardasan, ay cavanlığım?

Hardasan, ay cavanlığım?

Bu şeri indi yazıram. Amma bir 40-45 il bundan qabaq məndən həyat, yaşayış, dövr, dövran nədir soruşsaydılar qəti bir söz deməyə ya biliyim, ya da bilsəydim deməyə cürətim çatmazdı. Çünki o vaxt Sovet rejiminin əzən maşını beyinlərimizi əzik-üzük etmişdi, hər bir sahədə. Amma nə qədər ağır olsa da, cavanlıq deyəndə gözlərimin önünə gömgöy gözəl göylər, güllü-çiçəkli çəmənlər, nərgizli, bənövşəli quzeylər, güneylər, dərələr və bir də sonsuzluğun məcazi mənada son ucuna yaxınlaşmaqda olan bir ömrün ölümünün özündən sonra bu həyatda nələri qoyub, nələri qoruyub, nələri məndən əsirgədiyini, qızırğaladığını, qıymadığını qoyub gedən bir ömür gəlir.

Ün yetməz ucsuz-bucaqsız
Ucalıqda, ulduzdasan?
Yaxındasan, uzaqdasan?
Hardasan, ay cavanlığım?

Tələdəsən, ya tordasan,
Tufandasan, tuzaqdasan?
Tərk edib, tərki - dünyasan?
Hardasan, ay cavanlığım?

Vərəmləyər tərki - vətən,
Mən beləyəm, necə bə sən?
Yoxsa ki, azmış bəbəsən?
Hardasan, ay cavanlığım?

Beşikdəsən, bələkdəsən?
Ələkdəsən, lələkdəsən?
Mələkdəsən, fələkdəsən?
Hardasan, ay cavanlığım?

Bərkdə-boşda, bərədəsən?
Dağda, düzdə, dərədəsən?
Nəşədəsən, nərədəsən?
Hardasan, ay cavanlığım?

Gendə gəzib, gen dolanma,
En yerlərə, en, dolanma,
Sədan gəlsin, səsin gəlsin,
Hardasan, ay cavanlığım?

Yağım, balım, yavanlığım,
Üz ağlığım, can sağlığım,
Uçunuram uşaqlığım,
Hardasan, ay cavanlığım?

Qundaq, quzusan quncunda1,
Ətrin burnumun ucunda,
Xaşadasan, ya xurcunda?
Hardasan, ay cavanlığım?

Hüseyini üzmə, süzmə,
Sitəmləri sinəm üstə
Çalın-çarpaz sərmə, düzmə,
Hardasan, ay cavanlığım?
~~~~~~~~~~~~~~~~~~~~~
Qeyd: 1.Qunc – nəvaziş, naz-nemət.
29.01.2011-ci il

Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 
Hardasan, ay cavanlığım? Şiirine Yorum Yap
Okuduğunuz Hardasan, ay cavanlığım? şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Hardasan, ay cavanlığım? şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL