Ödünç alınan son kuruşla ödenen ilk kuruş arasında tabii muazzam bir fark vardır. goethe
huseyn
huseyn

Görmüşəm

Yorum

Görmüşəm

0

Yorum

0

Beğeni

0,0

Puan

1596

Okunma

Görmüşəm

Görmüşəm

İki görən gözüm var,
Sinəmdə od, közüm var,
Söylənəsi sözüm var,
Azdan-çoxdan görmüşəm.

Adam var atəş, közlə,
Adam var ağlar gözlə,
Adam var dağlar sözlə,
Dağılmışlar görmüşəm.

İnsanın gözü güzgü,
İçi çöldən oxunan,
Ona – buna toxunan
Harın, toxlar görmüşəm.

Qalınlığı genində,
Gödənində, gönündə,
Gədələrin önündə
Gədə - güdə görmüşəm.

Quyruqlarda sürünən,
Sülaləsi sülənən,
Murdar süd əmənləri
Suçlu, susan görmüşəm.

Öldürən, döyənləri,
Özünü öyənləri,
Haram mal yeyənləri,
Halət qusan görmüşəm.

Şətəl, şərəfsizləri,
Şər - şəpət deyənləri,
Sözgəldi söyənləri
Şəxsən sönən görmüşəm.

Düz yolunu azanlar,
Haqqa quyu qazanlar,
Yoğunlar, yolsuzları
Yoldan dönən görmüşəm.

Müxtəlif səviyyələr,
Xoflanar xəfiyyələr,
Hikkəlilər, hiylələr,
Pusqu, pusan görmüşəm.

Bişmişini, çiyini,
İyrəncini, iyini,
Piylisin, piysizini,
Pis insanlar görmüşəm.

Əbləhlərin önündə
İkiqat əyilənlər,
Gövşəyən, gəyirənlər,
Əfi, əfəl görmüşəm.

Bu dünya yaxşılardan,
Yamanlardan ibarət,
İblis bir, biri ibrət,
İlanlar da görmüşəm.

Biri deyir cənnətdi,
Biri deyir cəhənnəm,
Bir üz quru, biri nəm,
Nəm-nüm, nələr görmüşəm.

Ölmüş dirilər, sağlar,
Neçə sinəsi dağlar,
Lallar, laçınlar, lağlar,
Ağlar, mələr görmüşəm.

Bu dünya xali deyil,
Yaxşılardan, yaxşı var,
Hər kəsin baxışı var,
Axan, baxan görmüşəm.

Adam var alim, dürdü,
Üzü, həm sözü nurdu,
Adam var, ona hürdü,
Düdəmələr görmüşəm.

Adam var üzə durdu,
Qaş eylədi, göz vurdu,
Gözünün ölməz qurdu,
Qudurmuşlar görmüşəm.

Adam var, 140 sıxır,
Adam var, baş, üz qırxır,
Adam var, cin, cib qırxır,
Cin, şeytanlar görmüşəm.

Əl qabar, bel palanlar,
Xanimanı talanlar,
Əfsanələr, yalanlar,
Əfsuslar ki, görmüşəm.

Hüseyn, açdın yüzünü,
Əyrisini, düzünü,
İnsanın iç üzünü,
Buyur, busan, görmüşəm.
~~~~~~~~~~~~~~~~~~~~~

Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 
Görmüşəm Şiirine Yorum Yap
Okuduğunuz Görmüşəm şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Görmüşəm şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL