0
Yorum
0
Beğeni
5,0
Puan
1047
Okunma
ARI ADAM
Nazim Hikmətə
Arılardan öyrənə-öyrənə
Özü də arıya döndü,
Bu qərarsız adam.
Başladı sözlərin
Şirəsini çəkməyə.
Göz yaşı ovcunu islatdıqca,
Barmaqları göyərdi,
Bu arı adamın.
Təzə söz çiçəkləri açdı,
Söz meyvələri gətirdi –
Barmaqları arasındakı qələm.
Hamının dada biləsi,
Türkü ucuz tutmaq istəyənlərə
Əbədi xəncər tiyəsi
Oldu –
Alın qırışının hər giləsi
5.0
100% (2)