Bir kimseyi sahip olmadığı sıfatlarla övmek, onu kibarca yermek demektir. cemil sena
Anar Əhəd
Anar Əhəd

Məsnəvi

Yorum

Məsnəvi

( 2 kişi )

0

Yorum

4

Beğeni

5,0

Puan

389

Okunma

Məsnəvi

Canımın parəsi oğlum, sənə var məsləhətim.
Əcəlim var gedəcəm mən qalacaq səltənətim.
Ona sahib çıxacaq tək oğulum tək sənsən,
Mənə nəslimdə mübarək oğulum tək sənsən.
Qədəmin dəydiyi gün taxtına ellər sevinər,
Neçə cür namə gələr, baxtına ellər sevinər.
İçi xain, çölü insan kimi yaltaq çoxalar,
Başı boş beş para etməz dəli, axmaq çoxalar.
Belə insanlara üstün tərəfin elmindir,
Onların hiyləsini dəf edəcək helmindir.
Nə xəyanət arasan bax elə xislətdə olar,
Qabağın kəsməyə güc dağ kimi millətdə olar.
Millətin ruhunu yüksək elə, ruh nər gücüdür,
Nə qədər nər gücü var qolları rəhbər gücüdür.
Qara millətdi deyib milləti yoxsul eləmə,
Bir qarın əkmək üçün bəy qapısın qul eləmə.
Acı, qəm, qüssə, kədər insanı müdrik yaradar,
Xalqı müdrik eləmək rəhbəri əskik yaradar.
Hər zaman xalqa firavan yaşamaq imkanı ver,
Cəmi aləmdə olub görmədiyi dövranı ver.
Elmi təhsil ocagın qur ki, kifayət eləsin,
O ocaqdan çıxacaqlar sənə xidmət eləsin.
Uca tutsun səni hər saniyə nikbin yaşasın
Bir də Allah yolunu var elə ki, din yaşasın.
Yaşasın, çünki, sabah ölməyə insan tapasan,
İki nitqinlə vətən uğruna qurban tapasan.
Bu həyatdır yazılıb ta ki əzəldən belədir.
Heç giley eyləmiyin gah belədir, gah elədir.
Mən də şair kimi icad eliyib can qoyuram,
Burda həm rəhbərə, həm xalqıma ünvan qoyuram.
Rəhbərin ünvanı əlbət özünə bəlli olar,
Nədi şe’rimdəki söhbət özünə bəlli olar.
Məni fəhm eyləməyən millət içindən çıxacaq,
Anlayıb dərk eliyən hikmət içindən çıxacaq.
Mən Fizuli deyiləm farsca ərəbcən danışım,
“Mələəl – aləmə nurən və sürurən” danışım.
Nə fikir var, dilimin sadə sözünnən qururam.
Xalqa üst mərtəbənin baxma gözünnən qururam.
Yəni millət, ya özün taleyivün rəhbəri ol,
Ya da bir səltənətin kandarının nokəri ol!

Müəllif: Anar Əhəd

Paylaş:
4 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (2)

5.0

100% (2)

Məsnəvi Şiirine Yorum Yap
Okuduğunuz Məsnəvi şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Məsnəvi şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL