1
Yorum
5
Beğeni
5,0
Puan
592
Okunma

“””
“””
Daha bacarmıram xəyal qurmağı...
Qursam da gerçəyə dönəsi deyil.
Xəstə dodağımda oyanan həvəs
Püstə dodaqlarda sönəsi deyil.
“
Gözümün qurdunu öldürəmmədim...
Mən duyuq düşüncə kəpənək oldu.
Ceviz ağacımın boz xəyalları
Ya pəldən çıxmadı,ya kənək oldu.
“
Sönür işıqları uzaq köyümün...
Oranın yolları yalquzaq yolu.
Ora arabalar adam aparmır,
Tənha mən gedirəm o uzaq yolu.
“
Gözüm su içməyir can bulağımdan,
Amma,buludlarım su alıb gedir.
Bir saç daranası qəhətə çıxıb,
Əllərim cibimdə qocalıb gedir...
“
Yenə o xəyallar...
Səfil xəyallar...
Sığınır soyuqdan,şaxtadan mənə.
Yenə o qadındır yuxuma gəlir,
Bircə tel ayırır saçından mənə.
“
Danışa bilmirəm dodaqlarımla,
Dilimin ucunda adı.
Nə yazıq!
Ah,yuxa xəyallar,yuxu xəyallar!
Tezcə unudulur dadı, nə yazıq...
“
Daha bacarmıram xəyal qurmağı...
Dünyası başıma dar gəlir daha.
Yığıram çantamı uzaq başına...
Başından başıma qar gəlir daha.
Daha bacarmıram xəyal qurmağı...
“””
5.0
100% (3)