1
Yorum
8
Beğeni
5,0
Puan
598
Okunma
Dinimin taciri çox, mərhuma Yasin oxuyar,
Ölünün sahibinə qurdurub ayin oxuyar.
Bir məzarlıqda oyun, hoqqa verənnən demirəm,
Təhsil almış hacı Surxay, hacı Şahin oxuyar.
Nə eşitmir, nədə görmür canı çıxmış ölüdür,
Ali təhsilli adam mərhuma təlqin oxuyar!
Oxuyur molla ərəbcən ki, girin odda yanın
Mərhumun oğlu ürəynən necə amin oxuyar!
Mollanın mərdliyi yoxdur mənə batil deməyə,
Gəl çıxıb minbərə nadanlara batin oxuyar.
Bu əsərdən sora onlarda hünər zad qalmaz,
Mollanın elmini cırdım mənə nifrin oxuyar.
Mən Anar arxayınam təb mənə Xaliqdəndir,
Mənə kim şübhə duyar niyyəti çirkin oxuyar.
Müəllif: Anar Əhəd
Yasin surəsi
63. Bu sizə və´d olunan Cəhənnəmdir!
64. Kafir olduğunuza görə bu gün girin ora, yanın!
5.0
100% (6)