3
Yorum
8
Beğeni
5,0
Puan
387
Okunma
Ürəyim isti təndir,
sən də bir yalan yap get.
Demədin dərdin nədir
Deyim çarəsin tap get.
Millət dərdinə düşdüm,
Fikirdə min dağ aşdım,
Sən səbr elə,mən daşdım ,
Bu yol çətindir,sap get.
Alışdıq haqq yeməyə,
Hünər yox söz deməyə,
Allah çatsın köməyə
O köməyi də qap get.
Hansı qapını döyüm?
Gərəkdir boyun əyim?
Mənim çatıb ölməyim
Sən qaç boynunda ip get.
Yıxılana vur təpik
Bəsindir düşən qəpik
Danışanda çal çəpik
Sonra ətəyin öp get.
Doğru sözə pəl qoşma
Dilim bəladı başıma
Sən haqq yolundan düşmə
Düz alınmırsa çəp get.
Dilarə Süleyman
5.0
100% (4)