Bir kimseyi sahip olmadığı sıfatlarla övmek, onu kibarca yermek demektir. cemil sena
Anar Əhəd
Anar Əhəd

Əlində təsbeh tutan saqqalı göyçək kişi

Yorum

Əlində təsbeh tutan saqqalı göyçək kişi

( 3 kişi )

0

Yorum

3

Beğeni

5,0

Puan

969

Okunma

Əlində təsbeh tutan saqqalı göyçək kişi

Elə bil arşın udub, qaməti yüksək kişi.
Əbalı, əmmaməli, qarnı da çəllək kişi.
Yad eldə təhsil alıb, aləmə örnək kişi.
Gəlib Bakı şəhrinə oldu mübarək kişi.
İlahinin xanəsin eylədi dərnək kişi.
Əlində təsbeh tutan saqqalı göyçək kişi.

Rütbə, məqam aşiqi, həzz alacaq payədən.
Bəhanədir nəfs ona, xəlq olunub mayədən.
Mömin olan nəfsini tutmaz uzaq sayədən.
Yarım balaq tay balaq dərsi keçər ayədən.
İlahi ruhanidi yoxsakı dəllək kişi?!
Əlində təsbeh tutan saqqalı göyçək kişi.

Üzündəki xisləti niyyətinin görkəmi.
Cəhənnəmi vəsf edər, xanə tutar matəmi.
Dünyanı gözdən salar, yas bürüyər aləmi.
Qur’an açıb şərh edər məhrəmi naməhrəmi.
Qıraqda övrət süzən sinəsi ördək kişi.
Əlində təsbeh tutan saqqalı göyçək kişi.

Öləndə Fərhad kişi çay qırağın addadı.
Güya bunun niyyəti mərhuma, Fərhaddadı.
Mərasimin həll edib üç dənə yüz qatdadı.
Dilində yasin deyər, huşu dul arvaddadı.
Batırdı bığ, saqqalın ağzı tüpürcək kişi.
Əlində təsbeh tutan saqqalı göyçək kişi.

Düşüncəsiz kimsənin oldu fəna illəri.
İtirdiyin görmədi, bilmədi amilləri.
Nə var ki, aldatmağa dindəki qafilləri.
Bəlağətin yaxşıdır, xanədə cahilləri,
Həyətdə gir tövləyə noxtala eşşək kişi!
Əlində təsbeh tutan saqqalı göyçək kişi.

Müəllif: Anar Əhəd

Paylaş:
3 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (3)

5.0

100% (3)

Əlində təsbeh tutan saqqalı göyçək kişi Şiirine Yorum Yap
Okuduğunuz Əlində təsbeh tutan saqqalı göyçək kişi şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Əlində təsbeh tutan saqqalı göyçək kişi şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL