’’’’’
"""
Əl vurma can şüşəmdi,
candı başına dönüm.
Aralı dur yanından
qandı başına dönüm.
"
Elə gül ki,gülə bil,
üz qoy sonra ölə bil,
xan oğludu elə bil,
xandı başına dönüm.
"
Tərsə düşüb bu andır,
ha qurcala,ha yandır,
gəlib keçir zamandır,
andı başına dönüm.
"""